25 Mart 2018 17:18
754
12 Punto 14 Punto 16 Punto 18 Punto

15:05

İspaniyanın Kataloniya muxtar vilayətinin mühacirətdə olan sabiq rəhbəri Karles Puçdemon saxlanılıb.

Teleqraf.com-un məlumatına görə, Belçikadan Finlandiyaya gedən Karles Puçdemon alman polisi həbs edib.

Qeyd edək ki, 27 oktyabr 2017-ci ildə İspaniyanın tərkibində olan Kataloniya təktərəfli qaydada müstəqillik haqqında referendum keçirib.

Referedumun nəticələrini tanımayan mərkəzi hökumət Kataloniyanın muxtariyyət statusunu ləğv edib, Ali Məhkəmə muxtar vilayətin rəhbəri, general Karles Puçdemon da daxil olmaqla 5 siyasətçi haqqında Avropa miqyasında həbs qərarı çıxarıb.

***

İspaniya prokurorluğu Karles Puçdemonun ekstradisiyası üçün hüquqi prosedurlar başladacaq.

Teleqraf.com xəbər verir ki, müvafiq sənəldlər Almaniya prokurorluğuna və Avropa Birliyinin məhkəmə orqanları ilə işləyən Avroyust agentliyinə təqdim olunacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər