Anadolunu Qara dənizə bağlayacağıq. Bütün Qara dəniz bölgəsini inkişaf etdirəcəyik. Daha nələr olacaq, nələr...
Teleqraf.com-un məlumatına görə, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Giresundakı çıxışında deyib.
Ərdoğan nitqinə belə davam edib: "Allahın izniyə bunları edəcəyik. Niyə? Çünki buna inanırıq. İnanc elə bir şeydir ki, təkədən də süd çıxarar. Hamımız bərabər olacağıq. Biz belə bir mədəniyyətə sahibik.
Terroristləri hinlərinə girəcəyik demişdik. Girdikmi? Girdik. Bu millətə xəyanət edənləri əfv eləmərik. Ölkəmizin bölünməsinə imkan verməyəcəyik".
Türkiyə prezidenti FETÖ-dən danışıb: "Paralel dövlət qurmuşdular, hamısını məğlub etdik. Amerikaya, Pensilvaniyaya qaçdılar. Onları Amerikaya qədər qovacağıq. Çünki milləti bölməyə, yox etməyə çalışdılar. Mübarizəmizdə çox qərarlıyıq".