18:22
Türkiyə Silahlı Qüvvələri İraqınSincar bölgəsində əməliyyatlara başlayıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Trabzonda keçirilən Ədalət və İnkişaf Partiyasının konqresində çıxışı zamanı deyib.
O bildirib ki, Suriyanın Afrin bölgəsindən İraqın Sincar rayonuna qaçan PKK terrorçuları tamamilə məhv ediləcək:
"Bizim yeganə hədəfimiz terrorçulardır. Biz işğaıçı deyilik. Qərbli həmkarlarımız bizə ağıl verməyə çalışır. O ağlı özünüzə saxlayın. Çoxlu sübutlarım var. Hamısını Varnada təqdim edəcəm".
***
Türkiyə ordusu və Azad Suriya Ordusunun növbəti hədəfi Suriyanın Tel-Rifat bölgəsidir.
Bu məlumatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan verib.
O bildirib ki, "Zeytun budağı" əməliyyatında qısa müddətdə Tel-Rifat nəzarət altına alınaraq əməliyyat hədəfinə çatdırılacaq.