25 Mart 2018 22:25
1 785
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD terror təşkilatı silahlıları Suriya Prezidenti Bəşər Əsədə məxsus qüvvələrin nəzarətində olan Deyr-əz-Zor bölgəsinə hücum edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hücum zamanı Əsəd ordusunun xeyli itkilər verdiyi açıqlanıb.

Gözlənilməz hücum zamanı Suriya hökumət qüvvələri Meyadin şəhərindən geri çəkilib. Daha sonra əks hücuma keçən Əsəd ordusu şəhərdə nəzarəti bərpa edib.


Müəllif: Samir

Oxşar xəbərlər