Sincarda PKK-nın geri çəkildiyi ərazilərə ordumuzun bölmələri yerləşdirilib.
Teleqraf.com xəbər verir ki, bunu İraq ordusunun nümayəndəsi, general Yəhya Rəsul deyib.
O bildirib ki, İraqın ordu birlikləri Mosulun Sincar qəsəbəsində, PKK-nın çəkildiyi əraziləri nəzarətə alıb.
Generalın sözlərinə görə, 15-ci orduya bağlı hərbçilər Sincar və Sinun qəsəbələrinə ağır silahlar yerləşdirib.
Qeyd edək ki, PKK terror təşkilatı 2014-cü ilin avqustundan İŞİD-in Sincara hücumlarını bəhanə edərək bu əraziləri ələ keçirmişdi.