Bazar günü gecə saatlarında Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada atılan 7 raket havada zərərləşdirilib.
Teleqraf.com xəbər verir ki, bu məlumatı Səudiyyə Ərəbistanı liderliyində qurulan hərbi koalisiya yayıb.
Qeyd edilir ki, Yəməndə Husilərin raket hücumu nəticəsində 1 nəfər ölüb, 2 nəfər isə yaralanıb.
Səudiyyənin dövlət televiziyasında çıxış edən ordu nümayəndəsi krallığı hədəfə alan 7 raketi aviasiya qüvvələrinin uğurla zərərləşdirdiyini bəyan edib.