26 Mart 2018 15:13
964
12 Punto 14 Punto 16 Punto 18 Punto

Latviya, Litva, Estoniya və Polşa Rusiyaya qarşı hərəkətə keçib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla əlaqədar Rusiyanın bu ölkələrdəki səfirləri həmin dövlətlərin xarici işlər nazirliklərinə çağırılıb.

Olayın səbəbi məlum olmasa da, ilkin ehtimallara görə, səfirlərə martın 4-də İngiltərədə sabiq rus casusu Sergey Skripal və qızı Yuliyanın kimyəvi hücuma məruz qalması ilə əlaqədar etiraz notası təqdim edilib.

Qeyd edək ki, hadisədən sonra Britaniya və Rusiya arasında münasibətlər gərginləşib. Britaniya 20 rus diplomatını ölkədən çıxarıb. Rusiya da analoji addımla bağlı qərar qəbul edib. Britaniyanın bu qərarına ABŞ və 20 Avropa Birliyi ölkəsi dəstək verib.


Müəllif: Samir

Oxşar xəbərlər