2011-ci ildə Çinin kosmosa göndərdiyi və 2016-cı ildə idarəetmədən çıxan 8,5 ton ağırlığında “Tianqonq-1” gəmisi Avropaya düşəcək.
Teleqraf.com xəbər verir ki, bununla bağlı Vaşinqtonun "Hill" qəzeti məlumat yayıb.
Məlumatlara görə, kosmik gəminin qalıqları İspaniya, Portuqaliya, Fransa və Yunanıstan ərazilərinə düşə bilər.
Qeyd edək ki, gəmi 29 mart - 4 aprel tarixlərində atmosferə daxil olacaq.