27 Mart 2018 08:45
1 788
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şahzadə, prezidentin həyat yoldaşı, aktrisalar... Dünyada məşhur olan bir çox qadınlar müəmmalı və ya faciəli şəkildə ölüblər.

Teleqraf.com həmin qadınlardan bəziləri barədə məlumatları təqdim edir:

Şahzadə Diana. O, 1997-ci il avqustun 31-dı sevgilisi Dodi əl-Fayed ilə avtomobil qəzasına düşüb. Dodi əl-Fayed hadisə yerində ölüb. Diananı xəstəxanaya çatdırsalar da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Daha sonra hadisənin sui-qəsd nəticəsində olduğu versiyası ortaya çıxıb. Şahzadə Diana 36 yaşında vəfat edib.

Aaliyah. Amerikalı müğənni və rəqqasə Aaliyah öləndə onun 22 yaşı olub. Mükəmməl səsə malik Aaliyahın albomları 32 milyondan çox satılıb. Gənc və gözəl ulduz şöhrəti erkən yaşlarda qazansa da, Baham adalarından qayıdarkən təyyarə qəzasında həyatını itirib.

Uitni Hyuston. Məşhur amerikalı müğənni, aktrisa. 11 Fevral 2012-ci ildə 48 yaşında Kaliforniyada otellərin birində ölü tapılıb. O, yüksək dozada kokain qəbul etdiyi üçün ürək tutmasından ölüb.

Emi Uaynxaus. 27 yaşlı sənətçinin milyonlar qarşısında verdiyi konsert dünyada ən yaddaqalan konsert proqramları sırasında xatırlanır. Musiqi ilə milyonlarca insanın ruhunu ələ alan müğənni 2011-ci ildə Londonda yaşadığı evdə ölü tapılıb. Müğənninin yüksək dozada alkoqol qəbul edərək, öldüyü deyilir.

Jaklin Kennedi Onassis. ABŞ Prezidenti Con Kennedinin həyat yoldaşı olub. O, gözəlliyi, stili və yaşam tərzi ilə seçilib. 1994-ci ildə vəfat edib. Ailəsi onun ölümünü “Kennedi lənətinin davamı" adlandırıb. ABŞ Prezidenti Con Kennedi 1963-cü il, 22 noyabr tarixində hava limanında qətlə yetirilib.

Nataşa Riçardson. Aktrisa 45 yaşında Kanadada xizək sürən zaman başından aldığı zədə nəticəsində ölüb. İrlandiyalı aktyor Liam Neeson ile evli olan aktrisanın geriyə 2 uşağı qalıb.

Britanni Merfi. Amerikalı aktrisa 2009-cu ildə 32 yaşında vəfat edib. Əvvəlcə gənc aktrisanın sətəlcəmdən öldüyü deyilsə də, sonradan onun zəhərlənərək öldüyü bildirilib.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər