26 Mart 2018 22:58
729
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın 40 ölkəsinin 100 maliyyə idarəsindən oğurluq edən ukraynalı haker İspaniyada həbs edilib.

Teleqraf.com xəbər verir ki, “Kompüter mühəndisi” 1 milyard avrodan çox dəyərində maliyyənin oğurlanmasına nail ola bilib. Haker xüsusi proqramlarla bankomat və elektron ödəniş sistemlərinə daxil olmağı bacarıb.

İspaniya polisi tərəfindən həbs edilən haker həmin ölkənin həbsxanasında saxlanılır. İspaniya Daxili İşlər Nazirliyinin məlumatına görə, o, təkcə Rusiyanın 300-400 bankına haker hücumu edib və 50 bankdan pul çıxarmağa nail olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər