Son həftə Türkiyədə 24 terrorçu zərərsizləşdirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd edilir ki, onlardan 11-i məhv edilib, 10-u ələ keçirilib, 3 terrorçu silahı yerə qoyaraq təslim olub.
Türkiyənin təhlükəsizlik qüvvələri 19-26 martda separatçı terror təşkilatlarına qarşı 1224 əməliyyat keçirib. Əməliyyatlar çərçivəsində PKK terror təşkilatı ilə əlaqədə olmaqda şübhəli bilinən 686 nəfər, İŞİD-lə əlaqədə olmaqda şübhəli bilinən 65, FETÖ ilə əlaqədə şübhəli bilinən 568 nəfər saxlanılıb.
Əməliyyatların gedişində ümumilikdə 4916 nəfər saxlanılıb. Onlardan 131-i terrorçuluqda şübhəli bilinirlər. 89 nəfər qanunsuz miqrasiya cinayətlərində, 3476 nəfər isə narkotik maddələrin satışında şübhəli hesab edilirlər. Mardin, Şırnak, Van, Muş, Tunceli, Batman, Bitlis və Diyarbəkirdə keçirilən əməliyyatlarda terrorçuların 21 sığınacağı və 34 əldəqayırma partlayıcı qurğusuı, minaları məhv edilib.
Təhlükəsizlik qüvvələri 300 kiloqram partlayıcı, 24 qumbara, 44 ədəd müxtəlif silah və 1660-dan çox sursat müsadirə ediblər. (Report)