27 Mart 2018 00:58
738
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Misirdəki səfiri Tural Rzayevin 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı məqaləsi bu ölkənin geniş oxucu kütləsinə malik “Asiyaelyoum” xəbərlər agentliyinin saytında, “Əl-Omah”, “Shababalnil” və “Youm7” qəzetlərində dərc edilib.

Teleqraf.com xəbər verir ki, məqalələrdə Birinci Dünya müharibəsinin sonlarında baş vermiş hadisələrdən, 1918-ci ilin mart ayında Bakıda və digər şəhərlərdə ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımından, İslam abidələrinin yandırılmasından, şəhərlərin viran qoyulmasından bəhs edilir. Erməni millətçilərinin azərbaycanlılara qarşı apardığı etnik təmizləmə, genişmiqyaslı qətllər və digər vəhşiliklər barədə faktlar diqqətə çatdırılır.

Səfir 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından sonra Nazirlər Kabineti tərəfindən xüsusi komissiyanın təsis edildiyi, 1918-ci ilin mart ayında baş vermiş hadisələrin və törədilmiş cinayətlərin araşdırıldığı, 1919-cu və 1920-ci illərdə 31 mart gününün ölkədə milli matəm günü qeyd olunduğu barədə məlumat verir.

Məqalələrdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunulur. Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə münaqişənin həlli istiqamətində sülh danışıqlarının müsbət nəticə vermədiyi vurğulanır. Münaqişənin indiyədək həll olunmamasının əsas səbəbi kimi Ermənistanın BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş qətnamələri yerinə yetirməməsi göstərilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər