27 Mart 2018 08:55
1 036
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin Kemerovo şəhərinə gəlib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, səfər zamanı Putin 64 nəfərin ölümünə, 50 nəfərin yaralanmasına səbəb olan faciənin baş verdiyi Kemerovodakı ticarət mərkəzində olub.

Rusiya prezidenti hadisənin baş vermə səbəbini açıqlayıb. O bildirib ki, hadisəyə səhlənkarlıq səbəb olub.

Putin ölənlərin ailələrinə və yaxınlarına başsağlığı verib.

Rusiya prezidenti Sibir Federal Dairəsinin səlahiyyətli nümayəndəsi Sergey Menyaylo ilə birlikdə yanğının baş verdiyi əraziyə baxış keçirib və tapşırıqlarını verib.


Müəllif: Samir

Oxşar xəbərlər