ABŞ-ın paytaxtı Vaşinqtonun yaxınlığında yerləşən hərbi obyektlərə şübhəli zərflər göndərilib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Pentaqon məlumat yayıb.
Zərflər “Fort belvoir”, “Fort Makneyr” və “Anakosta Bollinq” hərbi hissələrinə göndərilib.
“Fort Makneyr”ə göndərilən zərfin içindən partlayıcı çıxıb.
Pentaqonun nümayəndəsi Makyl Baldanza faktla bağlı araşdırmalara başlandığını bildirib.