27 Mart 2018 12:45
1 121
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyasının sözçüsü, polkovnik Torki əl Maliki Yəməndəki şiə husilərin son vaxtlar Ər-Riyada atdığı ballistik raketlərlə bağlı İrana kəskin xəbərdarlıq edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, husilərin İranda istehsal edilən raketləri Səudiyyə Ərəbistanı ərazisinə atdığını qınayıb və həmin raketlərin bəzi hissələrini jurnalistlərə göstərib.

Maliki deyib ki, ölkəsi İranın bu addımını cavabsız qoymayacaq:

“Husilərin İrandan aldığı ballistik raketlərin ərazilərimizə düşməsi çox təhlükəli bir addımdır. Şübhə yoxdur ki, Səudiyyə Krallığının başçılıq etdiyi ərəb koalisiyası münasib bir vaxtda və məkanda İranın bu əməlinin cavabını verəcək, bütün bunların əvəzini çıxacaq.

Bizim başçılıq etdiyimiz ərəb koalisiyası son vaxtlar İranın husilərə göndərdiyi “Səyyad” adlı raketləri ələ keçirərək, silahlıların bu raketlərdən ölkəmizə qarşı istifadə etməsinə imkan verməyib. Ərəb koalisiyası Yəmənə humanitar yardımlarını bundan sonra da davam etdirəcək”.


Müəllif: Samir

Oxşar xəbərlər