27 Mart 2018 14:47
2 500
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin bir zərbədən qurtulmamış başqasına tuş gəlir.

Teleqraf.com xəbər verir ki, bu sözləri siyasi şərhçi Elxan Şahinoğlu deyib:

“Putin martın 18-də prezident seçkisində qələbə çaldı, ancaq bu qələbədən həzz ala bilmədi. Çünki bir tərəfdən Qərbin sərtləşən sanksiyaları, o cümlədən müxtəlif dövlətlərdən rusiyalı diplomatların qovulması, o biri tərəfədən də Kemerovo vilayətindəki dəhşətli faciə və uşaqların yanğından boğularaq həlak olmaları bir nəfərin ürək və sinir sistemi üçün ağır yükdür”.

Politoloqun fikrincə, Putinin etdiyi hərəkətlərinə görə Qərb onu cəzalandırmaq qərarına gəlib:

“Putin faktiki təkdir, hakimiyyət komandası onun əmrlərinə tabedir, yaradıcı yanaşma yoxdur, komandadan biri vaxtında ona demədi ki, Krımı işğal etmək olmaz, bunun nəticələri Rusiya üçün ağır olacaq. Və ya başqası demədi ki, Amerikadakı prezident seçkisinə qarışmaq olmaz, Londonda keçmiş xəfiyyələri öldürmək olmaz. Bunu Putinə deməkdilərinə görə və Kreml sahibi də ancaq özünün beynindən çıxan qərarlarla hərəkət etidiyinə görə Qərb tərəfindən cəzalandırılır. Ona qarşı Qərbin siyasi elitası, ekspertləri və yüzlərlə beyin mərkəzi birləşib. Bir nəfər nə qədər böyük zəka sahibi olsa da, qarşısındakı zəkaların cəmi ilə mübarizədə qalib çıxa bilməz. Həmin zəkalar vaxtilə Rusiyadan da güclü SSRİ-ni çökdürmüşdülər”.


Müəllif: Samir

Oxşar xəbərlər