Rusiyalı məşhur müğənni Vitas həbs edilib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, martın 22-də Moskva yaxınlığındakı Barvix bölgəsində yaşadığı evin qarşısında üzərindəki silahdan havaya 45 dəfə atəş açıb.
Məhkəmə prosesində Vitas əməlini etiraf edib. Vitas 7 sutkalıq həbs cəzasına məhkum edilib.