29 Mart 2018 15:36
2 984
12 Punto 14 Punto 16 Punto 18 Punto

2018.03.27 15:45

Moskva məhkəməsi Rusiyada cinayətkar aləmin kralı, yaxud 1 nömrəli oğru hesab edilən “Şakro Molodoy” ləqəbli Zaxari Kalaşovla bağlı qərarını açıqlayıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, dələduzluq yolu ilə Moskvadakı “Elements” restoranın sahibindən 8 miylon rubl (238 min manat ekvivalentdə) pul almaqda təqsirli bilinib.

Onun hansı müddətə həbs olunacağı isə yaxın vaxtlarda açıqlanacaq.

Qeyd edək ki, olayla əlaqədar Kalaşovla yanaşı onun dəstəsinin 14 üzvü də həbs edilib.

Zaxariya Kalaşov 2013-cü ildə Aslan Usoyanın (Ded Xasan) öldürülməsindən sonra rus mafiyasının əsas lideri hesab edilir.

İddialara görə, Kalaşov hətta Ded Xasanın əsas əleyhdarlarından biri olan Rövşən Lənkəranski haqqında da ölüm qərarı çıxarıb.

***

“Şakro Molodoy” ləqəbli kriminal avtoritet Zaxari Kalaşova hökm oxunub.

Moskva məhkəməsinin qərarı ilə o, 9 il 10 ay müddətinə azadlıqdan məhrum edilib.

Dələduzluq ittihamı ilə həbs edilən digər dəstə üzvləri olan 11 nəfərə isə 7 il 4 aydan 9 il 4 ayadək həbs cəzası verilib.


Müəllif: Samir

Oxşar xəbərlər