28 Mart 2018 09:41
796
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreya lideri Kim Çen İn Çin səfəri ilə bağlı fikirlərini bölüşüb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, Cənubi Koreya və ABŞ liderləri ilə bir araya gələrək, dialoq qurmağa hazır olduğunu açıqlayıb:

“Sülh və sabitliyə töhfə verəcək addımlar atmağa hazırıq. Bununla Koreya yarımadasında nüvə problemi öz həllini tapacaq”.

Kim Çen əlavə edib ki, Çin səfərindən sonra Koreya yarımadasında vəziyyət sabitləşməyə doğru dəyişib.

Qeyd edək ki, Kim Çen martın 24-dən 28-ə kimi Çinə qeyri-rəsmi səfər edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər