28 Mart 2018 15:37
2 422
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərə sabiq rus kəşfiyyatçısı Sergey Skripalın zəhərləndirilməsi ilə bağlı sübutları Moskvaya təqdim etməyincə, Rusiya bu addımı təxribat kimi dəyərləndirəcək.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözlər Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında yer alıb.

Nazirlik Londonun atdığı bu addımları “Rusiya vətəndaşlarına qarşı cinayət” kimi qiymətləndirib.

Rusiya XİN Londonun istintaqla bağlı bəzi vacib məlumatları ingilis xalqından gizlətdiyini iddia edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər