Ukrayna Prezidenti Petro Poroşenko və Baş nazir Vladimir Qroysman Rusiyanın Kemerovo şəhərində baş verən faciə ilə əlaqədar rus xalqına başsağlığı verib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Poroşenko bununla bağlı “Uşaqlar Ukraynanı birləşdirir” tədbirində çıxışı zamanı danışıb.
O, bu hadisəni faciə adlandırıb.
Qeyd edək ki, martın 24-də ticarət mərkəzində baş verən hadisə zamanı 40-ı uşaq olmaqla 64 nəfər həlak olub, 74 nəfər yaralanıb.