28 Mart 2018 23:55
1 056
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misirdə prezident seçkilərində iştirak etməyənlər cərimə olunacaq.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Misirin hazırkı prezidenti Abdufəttah es-Sisinin yenidən seçiləcəyi şübhə doğurmasa belə, MSK səsvermədə iştirak etməyənləri 28 dollar cərimələyəcək.

Ölkə xaricində seçkilər martın 16-18-də, ölkə daxilində isə martın 26-dan 28-dək keçirilib.

Seçkilərin nəticələri aprelin 2-də məlum olacaq.

Namizədlərin heç biri lazımi sayda səs toplamasa, seçkilərin ikinci turu 24-26 apreldə baş tutacaq.

MSK bəyan edib ki, adı terrorçu siyahısına düşən və barələrində məhkəmə qərarı olan şəxslərin adları seçici siyahısından çıxarılıb.

Seçkilər başa çatandan sonra səsvermədə iştirak etməyənlərin siyahısı hazırlanacaq və müvafiq qərarlar qəbul olunacaq.


Müəllif: Günay Əli

Oxşar xəbərlər