ABŞ prezidenti Donald Tramp ilə Böyük Britaniyanın baş naziri Tereza Mey arasında telefon danışığı olub.
Teleqraf.com xəbər verir ki, tərəflər Rusiyanın Qərbdəki casusluq fəaliyyətini müzakirə ediblər.
Ağ Ev-dən verilən məlumata görə, liderlər Rusiyanın hər iki ölkədəki casusluq fəaliyyətinin və yeni kimyəvi silahdan istifadəsinin qarşısının alınmasının vacibliyini vurğulayıblar.
Xatırladaq ki, martın 4-də Böyük Britaniyanın cənubundakı Solsberi şəhərində Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş polkovniki Sergey Skripal və onun qızı Yuliyaya əsəb-iflic qazı vasitəsilə hücum edilib. Onlar şəhərdə huşsuz vəziyyətdə tapılaraq, xəstəxanaya çatdırılıblar.
Hadisə ilə əlaqədar Britaniyada Rusiyanın 23, ABŞ isə 60 diplomatının ölkədən çıxarılması barədə qərar qəbul edilib.