29 Mart 2018 09:42
2 640
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur Streetcap1 Yutub kanalının yaradıcısı, tanınmış ufoloq-konspiroloq Corc Qrehem öz hesabında Beynəlxalq Kosmik Stansiyanın (İSS) birdən-birə narıncı sislə örtülməsini aydın əks etdirən video paylaşıb.

Teleqraf.com xarici mediaya istinadla verdiyi xəbərə görə, bu sis və ya bulud o qədər sıx olub ki, İSS-nin günəş batareyasının bir qanadını tamamilə tutub.

Video haqqında qeyd yazan Corc bildirib ki, sis tədricən çəkilib və hər şey öz qaydasına düşüb.

Kameranın obyektivi dar olduğuna görə, stansiyanın digər hissələrini görmək mümkün olmayıb.

Buna görə də İSS-in üstünü örtən bu qəribə görüntünün hansı ölçüdə olduğu, nə qədər ərazini əhatə etdiyi məlum olmayıb.

NASA alimləri bu görüntülər barədə heç bir açıqlama vermir.

Qeyd edək ki, ufoloqlar İSS-də baş verən hadisələri kameralar vasitəsilə izləyirlər.


Müəllif: Günay Əli