29 Mart 2018 10:18
2 105
12 Punto 14 Punto 16 Punto 18 Punto

İki gündür qızımı axtarmadığımız yer qalmadı. Bakıya, Gəncəyə, Şəmkirə belə axtarış üçün adam gedib.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Gədəbəyin Arıqdam kəndində qaçırılan 14 yaşlı Səbinə İsgəndərovanın anası Mətanət İsgəndərova deyib.

Onun sözlərinə görə, qızı qaçıran şəxs kənd sakini 19 yaşlı Əli Qurbanovdur: “Dünən axşam getdik evlərinə, heç kim yox idi. Qohumlarının evinə də baş çəkdik, oğlanın əmiləri içkili halda qabağımıza bıçaqla çıxdılar. Həm qızımı qaçırıblar, həm də üstümüzə bıçaqla çıxıb, hədə-qorxu gəlirlər.

Polis də iki gündür axtarır, amma tapa bilmir. Biz bu dəqiqə İcra hakimiyyətinin qabağındayıq. İcra hakiminə şikayət edəcəm. Belə özbaşnalıq olmaz”.

Qeyd edək ki, Gədəbəyin Arıqdam kənd sakini 8-ci sinif şagirdi 14 yaşlı Səbinə İsgəndərova martın 27-də günorta saatlarında dərsdən evə qayıdarkən 3 nəfər oğlan tərəfindən "Niva" markalı avtomobilə oturdularaq qaçırılıb.

Anası Mətanət İsgəndərovanın dediyinə görə, Səbinəni Əli Qurbanov adlı 19 yaşlarında olan həmkəndlisi zorla qaçırıb, bu işdə onun dostları Vüqar Sadıqov və Elyar Sadıqov da yaxından iştirak ediblər.


Müəllif: Şəfiqə Nazimqızı

Oxşar xəbərlər