12:04
Fransanın Alyer-e-Resse şəhərində insident baş verib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisə zamanı naməlum şəxs avtomobilini hərbçilərin üzərinə sürüb.
Hadisə nəticəsində xəsarət alanın olmadığı bildirilib.
Hadisə Fransanın Od departamentinin Treb kommunasında “Super U” supermarketində törədilən terror aktının qurbanlarının xatirəsinin yad edilməsi zamanı baş verib.
Sürücünün hadisə yerindən qaçdığı açıqlanıb.
Qeyd edək ki, “Super U” supermarketində törədilən terror aktı nəticəsində 3 nəfər ölüb, 2-si ağır olmaqla, 16 nəfər yaralanıb. İŞİD terror qrupu Od departamentindəki hücumun məsuliyyətini öz üzərinə götürüb.