29 Mart 2018 20:08
959
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu, Ermənistan Xarici İşlər Nazirliyinin növbəti uydurmasıdır.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev APA-nın sorğusuna cavab olaraq deyib.

O qeyd edib ki, Ermənistan tərəfi qeyri-qanuni, riyakar və təxribatçı vasitəyə əl ataraq, Ermənistanın BMT yanında Daimi Nümayəndəliyi tərəfindən yayılan məktubun alt əlavələrindən biri kimi "qondarma rejim"in təqdim etdiyi kağız parçasını əlavə edib.

H. Hacıyev bildirib ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Baş Prokurorluğunun Sumqayıt hadisələri ilə əlaqədar beynəlxalq ictimaiyyətə təqdim etdiyi və təkzibolunmaz faktlara əsaslanan bəyanatına cavab olaraq Ermənistan tərəfi bu qeyri-ciddi və gülünc doğuran addıma əl atıb. Onun sözlərinə görə, Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyi davamlı surətdə Ermənistanın bu kimi yalanlarını ifşa edir, BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasına Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalını beynəlxalq hüquq baxımdan əsaslandıran tutarlı sənədlər təqdim edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər