Fransanın sabiq prezidenti Nikola Sarkoziyə qarşı maliyyə ittihamları irəli sürülüb.
Teleqraf.com xəbər verir ki, barəsində rəsmi araşdırma aparılan Sarkozi rüşvətxorluqda və vəzifə səlahiyyətlərindən sui-istifadədə etməkdə ittiham olunur.
63 yaşlı Sarkozi 2007-ci ildə seçki kampaniyası zamanı qanunsuz maliyyə əməliyyatlarına yol verib və bunu araşdıran müstəntiqlərə təzyiq göstərib.
Sarkozi ilə yanaşı daha iki nəfərin də istintaqa cəlb ediləcəyi bildirilir.
Sarkozi qalib gəldiyi 2007-ci il prezident seçkilərindən qabaq Liviyanın sabiq lideri Muammar Qəddafidən seçki kampaniyası üçün pul aldığı bildirilir. Onun 2012-ci ildə məğlub olduğu seçkilərdən öncə isə qanunda nəzərdə tutulan miqdardan daha çox pul xərclədiyi qeyd edilir.