2018.03.29 23:35
ABŞ prezidenti Donald Tramp yaxın vaxtlarda Suriyadan çəkiləcəklərini açıqlayıb.
Ohayo ştatının Riçfield şəhərində çıxış edən D.Tramp Suriyadan çəkilərək ABŞ-ın sərhədlərinin təhlükəsizliyilə məşğul olacaqlarını qeyd edib.
Teleqraf.com xəbər verir ki, "Yaxın zamanda Suriyadan çəkiləcəyik. Suriya ilə bir az da başqaları maraqlansın. Suriyada olmağımızın tək səbəbi İŞİD idi. Məqsədimizə nail olduq", deyə Tramp bildirib.
***
ABŞ ordusunun bir hissəsi Menbiçi tərk edib.
Bununla bağlı Türkiyə mediası məlumat yayıb. ABŞ əsgərləri zirehli avtomobillərlə Menbiçdən Deyr-əz-Zora keçib.
ABŞ ordusunun bu hərəkəti PKK terrorçularında təşviş yaradıb.