30 Mart 2018 11:15
638
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da məlumat sızıntısı ilə bağlı növbəti qalmaqal yaşanıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə ABŞ-ın ən böyük idman geyimləri və ayaqqabı istehsal şirkəti olan “Under Armour” məlumat yayıb.

Şirkətdən verilən açıqlamada qidalanma üçün işçilərinə təklif etdiyi “MyFitnessPal” adlı proqram kiber hücuma məruz qalıb.

Hücum zamanı proqram istifadəçilərinin məlumatları oğurlanıb. Hücum 150 milyon insana təsir edib.

Şirkət hadisənin istifadəçilərin kredit kartlarına təsirsiz olduğunu qeyd edib.

Xatırladaq ki, iki həftə öncə mərkəzi Londonda yerləşən “Kembric Analitik” adlı araşdırma mərkəzi 50 milyon Feysbuk istifadəçilərinin məlumatlarının qanunsuz şəkildə ABŞ Prezidenti Donald Trampa təqdim edildiyini açıqlamışdı.


Müəllif: Samir

Oxşar xəbərlər