Vaşinqtonun rus aktivlərini dondurması ilə bağlı təhdidi Rusiya və ABŞ arasındakı münasibətlərin gərginləşməsinə, eləcə də qlobal sabitliyin pozulmasına səbəb olacaq.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı xəbərdarlıq ABŞ-ın Moskvadakı səfiri Con Xantsmana Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov tərəfindən təqdim edilib.
Ryabkov amerikalı səfirdən rus aktivlərinin dondurulması ilə bağlı məlumatlara aydınlıq gətirməsi tələb olunub.
Görüş zamanı Rusiya XİN nümayəndəsi düşmən münasibətin davam etməsi halında ABŞ-a qarşı yeni tədbirlərin həyata keçiriləcəyini istisna etməyib.