Ankara tərəfi Fransa Prezidenti Emmanuel Makronun fikirlərinə sərt reaksiya göstərib.
Teleqraf.com-un məlumatına görə, bununla bağlı Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ açıqlama verib.
O bildirib ki, Fransanın PYD/YPG terror təşkilatlarına dəstək zəmanəti verməsi Türkiyəyə hücum edən terror təşkilatları ilə açıq şəkildə əməkdaşlıq etmək deməkdir:
“Onlarla əməkdaşlıq edənlər Türkiyə üçün terrorçularla eyni mövqedə durur. Bu ölkələrin əsas hədəfi Türkiyədir. Ümid edirik ki, Fransa belə bir addım atmayacaq”.
Qeyd edək ki, Makron açıqlamasında PYD silahlılarına dəstəyini aşkar etiraf edib:
“Kürdlərə dəstək vədi və müvafiq zəmanət vermişik. Suriya Demokratik Qüvvələri və Türkiyə arasında vasitəçi olmaq istəyirik”.