Rəsmi Tehran İranın Afinadakı səfirliyinin işçilərindən birinə edilən hücumu kəskin pisləyib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi jurnalistlərə açıqlamasında danışıb:
“Afinadakı İran səfirliyinin bir işçisi səfirliyə yaxın küçələrdən birində naməlum şəxsin hücumuna məruz qalaraq bıçaqlanıb. Hücum nəticəsində xəsarəti alan səfirlik əməkdaşı xəstəxanaya yerləşdirilib.
Hadisədən az sonra Yunanıstan səfirliyinin nümayəndəsi İran Xarici İşlər Nazirliyinə çağırılaraq baş vermiş olayla bağlı ona rəsmi etiraz notası verilib, hücumçu şəxsin tez bir zamanda yaxalanması tələb edilib.
Görüşdə, həmçinin İranın Yunanıstandakı səfirliyinin işçilərinin təhlükəsizliyinin vacibliyi vurğulanıb, bununla bağlı qarşı tərəfin məsuliyyət daşıdığı xatırlanıb”.