İranın sabiq prezidenti Mahmud Əhmədinejat Tehranın İmamzadə Saleh türbəsi qarşısındakı etiraz aksiyasına qatılıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, etirazlarda həbsdə olan Həmid Bakayi və İsfəndiyar Rahim Meşainin azadlığa buraxılması tələbi olunub.
Etirazçılar İranın parlament sədri Əli Laricani və Məhkəmə sədri Sadıq Laricaniyə qarşı şüarlar səsləndiriblər. Nümayiş insidentsiz başa çatıb.
Qeyd edək ki, Əhmədinejat və 2 nəfər ABŞ və İsraillə gizli danışıqlar aparmaqda, eləcə də korrupsiyada ittiham olunur.