16:31
“Skripal işi” ilə əlaqədar Moskva hökuməti növbəti cavab tədbirini açıqlayıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, Rusiya 2 italyan, 3 litvalı və 1 finlandiyalı diplomatın ölkədən çıxması ilə bağlı qərar qəbul edib.
Məsələ ilə bağlı Finlandiya və İtalya tərəfi məluamtlandırılıb.
Qeyd edək ki, martın 4-də sabiq rus casusu Sergey Skripal və qızı Yuliya İngiltərədə hücuma məruz qalıb. Kimyəvi hücum nəticəsində həmin şəxslər iflic olub.
Britaniya bu hücuma görə məsuliyyəti Rusiyanın üzərinə atıb və 23 rus diplomatı ölkədən çıxarıb. Rusiya Londonun bu addımına analoji cavab verib.
Martın 26-sı isə ABŞ və bir sıra Avropa Birliyi ölkələri Londona dəstək məqsədi ilə rus diplomatların ölkədən çıxarılmasına qərar verib. Beləliklə, Rusiyaya qayıdacaq diplomatların ümumi sayı 151-ə çatıb.
***
Rusiya XİN-in qərarına əsasən, 2 italyan, 3 litvalı və 1 finlandiyalı diplomatla yanaşı Latviyadan 1, Estoniyadan 1 (hərbi atteşe), Polşadan 4 və Hollandiyadan 1 diplomatı Rusiyadan çıxaracaq.
Siyahıda adları olan diplomatlar aprelin 7-dək Rusiyadan çıxmalıdırlar.