Vulkanoloqlar ilk dəfə İtaliyada püskürən Strombol vulkanının üçölçülü termal xəritəsini yaradıblar.
Teleqraf.com-un məlumatına görə, bu barədə Aberden Universitetinin saytında məlumat verilib.
Alimlər həssas sensorlar ilə təchiz edilmiş, vulkan üzərindən hərəkət edən dronların köməyi ilə Siciliya yaxınlığında vulkanının püskürməsi zamanı ölçmə aparmağa müvəffəq olublar.
Con Xauellanın başçılığı ilə Böyük Britaniya və Norveç vulkanoloqları havadan çəkilən fotoları və termal xəritələri təhlil etmək üçün xüsusi hazırlanmış texnikadan istifadə ediblər.
Tədqiqatçıların verdiyi məlumata görə, ilk vəzifə yüksək temperaturda kül və qaz axınları ilə təmasdan qaçmaq üçün dronu düzgün istiqamətləndirmək idi. Vulkanoloqlar bu metodun digər metodlardan daha təsirli və daha ucuz olduğunu söyləyirlər. Beləliklə, onlar xarici müşahidə ilə nəzərə alınmayan istilik dəyişikliklərini aşkar edə biliblər.
Belə monitorinq bahalı metodlardan istifadə edilməsi mümkün olmayan ölkələrdə də vulkan püskürmələrinin daha dəqiq proqnozlaşdırılmasına kömək edəcək.