31 Mart 2018 14:03
1 326
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreya lideri Kim Çen İn və digər rəsmi şəxslər 2020-ci ildə Tokio Yaz Olimpiya və 2022-ci ildə Pekin Qış Olimpiya oyunlarında iştirak edəcək.

Teleqraf.com xəbər verir ki, bunu Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bak deyib.

O bildirib ki, Şimali Koreya lideri bu haqda onlara söz verib.

Tomas Bak əlavə edib ki, Şimali Koreyaya səfəri zamanı bu ölkənin idman naziri və Olimpiya Komitəsinin sədri ilə görüşlər keçirib. Bu zaman qarşı tərəf olimpiya yarışlarında iştiraka dair qərar verildiyini bildirib.

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti bildirib ki, Şimali Koreya lideri Kim Çen İnlə üz-üzə görüşüb, o da bu qərarı dəstəklədiyini bildirib.


Müəllif: Cavad

Oxşar xəbərlər