Türkiyənin hədəfində olan Menbiçə yeni hərbi qüvvə göndərən Pentaqon YPG terrorçularına qarşı həyata keçiriləcək əməliyyata bu yolla mane olmağa çalışır.
Teleqraf.com xəbər verir ki, artıq Assoşieyted Press agentliyi Menbiçdə olan ABŞ əsgərlərinin fotolarını və hərəkət trayektoriyasını çəkə bilib.
ABŞ ordusunun sözçüsü, polkovnik Tomas Veale açıqlamasında qeyd edib ki, əraziyə yeni hərbçilərin gətirilməsi bölgədəki koalisiya əsgərlərinin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.
Suriyanın şimalında olan “Amerikanın Səsi” radiosunun müxbiri isə ABŞ hərbçilərinin Menbiçin şimal qərbindəki Sayur çayı boyunca yerləşdiyini bildirib.
Xatırladaq ki, Türkiyə Menbiçdə olan YPG terrorçularına qarşı əməliyyatlar keçirəcəyini bəyan edib.