Son illər Kuba bütün dünyada xərçəngin müalicə olunduğu ölkə kimi tanınır.
Teleqraf.com xəbər verir ki, bunu nəzərə alan türkiyəli keçmiş diplomat Gökhan Eşeli bir şirkət qurub.
Şirkət müalicə üçün xərçəng xəstələrini 1 həftəlik Kubaya aparır.
Keçmiş diplomat bildirib ki, bəzi xərçəng xəstəliklərinin Kubada sağalma faizi 80 faizə yaxındır: “ABŞ-dan, Kanadadan da buraya xəstələr gəlir. Bizə müraciət edənlərdən hansının ora aparılmasına Kuba tərəfi qərar verir. Xəstələrin bütün sənədləri və analiz nəticələri onlara göndərilir. Üç cür cavab ola bilər: "bəli, gələ bilər", "fılan sənədləri də əlavə edin", "gəlməyinə ehtiyac yoxdur”.
Kubada ağciyər, mədəaltı vəzi, dəri, qida borusu, süd vəzisi, mədə, leykoz, qaraciyərdə olan xərçəngin müalicəsi aparılır.
Kubadakı müalicə hesabına ölümcül xəstəliyi xroniki xəstəliyə doğru dəyişmək mümkündür. Yəni xəstəlik tamamilə yox olmur, aylıq peyvəndlərlə ölümün qarşısı alınır”.