Kosovada Türkiyə Milli İstihbarat Təşkilatının keçirdiyi əməliyyatla 6 FETÖ-cünün həbs olunmasının ardından bu ölkənin təhlükəsizlik və daxili işlər nazirləri vəzifələrindən uzaqlaşdırılıb.
Teleqraf.com-un Türkiyə KİV-ə istinadən xənərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kosova baş nazirinin iki naziri işdən çıxarmasına sərt təpgi verib:
"Kosova baş naziri təhlükəsizlik və daxili işlər nazirini vəzifədən çıxardı. Mən ondan soruşmaq istəyirəm, bu addımı kimin təlimatıyla atdın. Sən nə vaxtdan Türkiyədə dövlət çevrilişi etmək istəyənləri qorumağa başladın? O Kosovanın müstəqilliyini birinci ABŞ, ikinci biz tanıdıq. Sənin bundan xəbərin yoxdurmu? Sən Türkiyəyə zərbə vurmaq istəyənlərə necə qucaq aça bilərsən? Bunun hesabını verəcəksən. Mənim kosovalı qardaşlarım səndən bunu hesabını soracaqlar".
Nahid