31 Mart 2018 23:10
650
12 Punto 14 Punto 16 Punto 18 Punto

Latviyalı jurnalist, imhoclub.lv portalının baş redaktoru Yuri Alekseevin ölkədən çıxışına qadağa qoyulub.

Teleqraf.com xəbər verir ki, jurnalist bu barədə Feysbukda bildirib.

Latviya polisi jurnalisti millətlərarasi ədavəti qızışdırmaq və qanunsuz silah saxlamaqda ittiham edir. Az öncə Alekseyevin evində axtarış aparılıb və "Makarov" tipli tapançanın patronları tapılıb. Jurnalist hesab edir ki, patronları onun evinə polis atıb.

Qeyd edək ki, Alekseyev rusiyalı yönlü jurnalist kimi tanınır. O, xüsusilə də Krımın Rusiyaya birləşdirilməsinin tərəfdarı kimi çıxış edir.


Müəllif: Nahid

Oxşar xəbərlər