Səudiyyə Ərəbistanının Yəmənlə sərhədində silahlı insident baş verib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Səudiyyə tərəfi məlumat verib.
Məlumatlara görə, Yəmən tərəfindən açıqlan atəş nəticəsində Sudiyyənin Cazan bölgəsində xidmət aparan 5 əsgər həlak olub.
Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.