Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Silahlı Qüvvələrin Qərargah rəisi Hulusi Akar və digər tanınmış şəxslərlə birlikdə Hatay vilayətinin Oğulpınar Sərhəd Dəstəsini ziyarət edib.
Teleqraf.com çıxışında bildirib ki, dünyanın heç bir yerində ölkəsinə və millətinə qarşı çıxan sənətçi görmək olmaz:
"Ölkəmizdə əvvəldən belə bir kəsim mövcud olsa da, son illər sayları azalmaqdadır.
Bu günə qədər 3852 terrorçu zərərsizləşdirilib. Hər bir millətin imtahan dönəmi vardır. Türk milləti də belə bir sınaqdan keçir. Şükür Allaha! İmtahandan uğurla keçirik", - deyə Ərdoğan bildirib.
Qeyd edək ki, Ərdoğanla birlikdə türkiyəli sənətçilər Ajda Pekkan, Səda Sayan, Dəniz Səki, İbrahim Tatlısəs, Əməl Müftüoğlu, Mustafa Sandal və tanınmış idmançılar Hatayı ziyarət ediblər.