Əsəd ordusu Türkiyənin hümanitar vəqfinin Şərqi Qutadakı sığınacaq mərkəzlərini bombalayıb.
Teleqraf.com xəbər verir ki, sığınacaqlarda müharibədə ev-eşiklərini itirmiş şəxslər yaşayıb. Aviazərbələr nəticəsində mərkəz darmadağın olub. Ölən və yaralananlar barədə məlumat verilmir.