11:10
Ərdəhanda qazıntı işləri zamanı tapılan Polşa əsilli rus podpolkovniki Karl Karloviç Rjepetski Türkiyə, Rusiya və Polşa arasında diplomatik böhrana səbəb olub.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Türkiyənin Mədəniyyət və Turizm naziri Numan Qurtulmuş məlumat verib.
O bildirib ki, bir ilə yaxındır Qar muzeyində xüsusi qoruma altında saxlanılan polkovnik-leytenant qalıqlarını Polşa əsilli olduğu üçün Varşava istəyir:
“Rusiya isə deyir ki, o zaman Polşa yox idi, Sovet İttifaqı vardı. Ona görə də Rjepetski bizim vətəndaşımızdır. Rusiya polkovnik-leytenantın Ərdəhandakı xristian qəbirstanlığında dəfn olunmasını istəyir. Ancaq Rjepetski polşalıdır. Onun Polşada ailəsi var. Ankara polkovnik-leytenantın Polşaya ekstradisiyasını dəstəkləyir”.
Qeyd edək ki, polkovnik-leytenant nəşinin qalıqları 2017-ci ilin aprelin 25-də qazıntı zamanı tapılıb.