2 Aprel 2018 14:43
695
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp gömrük vergisinin tətbiq ediləcəyi siyahını açıqlayacaq.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, siyahı bu həftə ictimaiyyətə təqdim ediləcək.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Çindən 50 milyard dollarlıq məhsul idxalı üçün gömrük vergisi tətbiq olunması əmrini verib. ABŞ ticarət nümayəndəsi Robert Laytizer bu addımın atılmasına səbəb olaraq Çinin əqli mülkiyyət hüquqlarını pozmasını göstərib.

Çin isə cavab olaraq, ABŞ-dan idxal olunan 128 adda məhsula rüsum tətbiq edib.


Müəllif: Samir

Oxşar xəbərlər