2 Aprel 2018 17:21
3 107
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın Londonda Rusiya ticarət nümayəndəliyinin qapadılması ilə bağlı qərarı cavabsız qalmayacaq.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov deyib:

“Moskva ona qarşı atılan dostluqdan kənar hər bir addımı ciddi şəkildə analız edir. Londona qarşı tədbirlər görəcəyik”.

Peskov onu da əlavə edib ki, bu məsələdə tələsmək lazım deyil.

Qeyd edək ki, martın 4-də sabiq rus casusu Sergey Skripal və qızı Yuliya İngiltərədə hücuma məruz qalıb. Kimyəvi hücum nəticəsində həmin şəxslər iflic olub.

Britaniya bu hücuma görə məsuliyyəti Rusiyanın üzərinə atıb və 23 rus diplomatı ölkədən çıxarıb. Rusiya Londonun bu addımına analoji cavab verib.


Müəllif: Samir

Oxşar xəbərlər