2 Aprel 2018 23:17
777
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Dövlət Duması Azərbaycanda yeni səfirin namizədliyini təsdiqləyib.

Bu barədə Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədr müavini Konstantin Zatulin bildirib.

Onun sözlərinə görə, bu gün Komitədə Moldova və Azərbaycana yeni səfirlərin namizədliyi məsələsinə baxılıb. Komitə Moldovada səfir postuna Oleq Vasnetsov, Azərbaycanda isə Mixail Boçarnikovun namizədliyini təsdiqləyib.

Qeyd edək ki, bundan əvvəl M.Boçarnikov Rusiyanın Qazaxıstandakı səfiri olub. O, Putinin sərəncamı ilə vəzifədən istefaya göndərilmişdi./APA/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər