3 Aprel 2018 01:18
736
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail 16 min 250 afrikalını ölkədən çıxararaq Avropa ölkələrinə göndərəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə İsrailin baş naziri Binyamin Netanyahu yazılı açıqlamasında bildirib.

Qeyd olunur ki, deportasiya BMT ilə razılaşdırılıb.

Netanyahu daha öncəki açıqlamasında bildirib ki, afrikalıların İsrailə ayaq açması terrordan daha dəhşətlidir.

İsrailin qonşu dövlətlərindəki vətəndaş müharibəsi qaçqınların sayının artmasına səbəb olub.


Müəllif: Ayxan

Oxşar xəbərlər