Türkiyənin baş naziri, prezidentliyə namizəd Rəcəb Tayyib Ərdoğan ABŞ-ın İŞİD-lə bağlı əməliyyatını dəyərləndirərək deyib ki, rəsmi Ankara bu mövzuda həssasdır.
O, eyni zamanda müxalifətin “İŞİD-in terroruna qarşı səssiz qalması” ittihamlarına da münasibət bildirib.
"Bizim bu anda girovluqda 49 vətəndaşımız var. Biz Kılıçdaroğlu qədər rahat deyilik. Həssaslığımızı qorumaq məcburiyyətindəyik. Nə etmək istədiyimizi danışmaq istəmirəm. Kılıçdaroğlunu rahatlaşdırmaq kimi bir borcum da yoxdur. Amma oradakı ailələrlə görüşmüşəm. Biz türkmən qardaşlarımız, o cümlədən yezidilər də daxil olmaqla bütün hər kəsə humanitar yardım edirik və edəcəyik. Amerika ilə vəziyyətimiz fərqlidir və məsələyə müxtəlif bucaqlardan yanaşırıq".
Ülviyyə